Koronavirusa yoluxan sakinlərin evləri xüsusi lövhələrlə işarələnir - VİDEO

03:00 09-04-2021 471

Venesuelanın Yarakuy ştatında Sukre bələdiyyəsinin sədri Luis Duke koronavirusa yoluxan sakinlərin yaşadığı evləri xüsusi lövhələrlə işarələmək barədə göstəriş verib.

Bu barədə “Reuters” xəbər verib.

“Biz xalqımızı qoruyuruq. Bu (lövhələr - red.), evdə COVID-19 hadisəsi və ya şübhəsi olduğunu göstərir, beləliklə insanlar onlar daha diqqətli olacaqlar”, - deyə Duke qərarını izah edir.

Karantin qaydalarını pozanlar güzəştlərdən (ərzaq və məişət qazı) məhrumetmə şəklində cəzalandırılacaqlar, həmçinin ölkədəki minimum əmək haqqına bərabər miqdarda - doqquz dollar (15,3 manat) cərimə olunacaqlar.

Hüquq müdafiəçiləri şəhər şurası rəhbərinin bu cür radikal tədbirlərinə qarşı çıxırlar.

Qeyd edək ki, 28.4 milyon əhalisi olan ölkədə bu günə qədər 170 mindən çox koronavirus infeksiyası hadisəsi təsdiqlənib. Bunlardan 154 mindən çoxu sağalma, 1705-i ölümlə nəticələnib.