II Yelizavetanın indiyə qədər görünməyən fotoları üzə çıxdı

07:20 09-04-2021 294

Böyük Britaniya kraliçası II Yelizavetanın “The Queen Unseen” adlı sənədli filmdə indiyə qədər görünməməş fotoları yayımlanıb.

“Daily Mail” məlumat verir ki, bu ay 95 yaşını qeyd etməyə hazırlaşan kraliçanın 1953-cü ilə aid səmimi görüntüləri üzə çıxıb.

Hovuz ətrafında görüntülər, Yelizavetanın 1960-cı ildə oğlu qucağında olan şəklləri diqqət çəkir.

 Britaniya kraliçası Krallıq tarixində bir ilk gətirərək, Bukinhem Sarayının bağçasını piknik üçün xalqa açmağa qərar verib.

“Bukihem Sarayının bağçası bu yay ziyarətçilərə açılır. Sarayın çəmənliyində piknik etmək üçün ömür boyu bir dəfə qarşılaşacağınız fürsətdən istifadə edin”, -  deyə Saraydan açıqlama verilib.