Məşhur aktrisa: Kələk gəlməyi xoşlayıram - FOTO

07:40 09-04-2021 345

Türkiyənin məşhur aktrisalarından Selin Şekerçi “BeStyle” jurnalı üçün fotosessiyada iştirak edib.

Bu barədə “Hurriyet” xəbər verib.

“Yeşilcam” serialı ilə izləyicilərin qarşısına çıxmağa hazırlaşan Şekerçi aktrisalıqla keçirdiyi qəza sayəsndə tanış olub.

“Balerina olmaq istəyən bir uşaqkən səkkiz yaşında keçirdiyim qəza məni səhnəyə atdı. Ayağımdan aldığım travmaya görə rəqs edə bilməzdim. Ona görə də anamın da dəstəyi ilə teatrla tanış oldum. Sonra nə səhnə məni, nə də mən səhnəni buraxa bildim”, - deyə o, bildirib.

Gənc aktrisa gözəl görünməsinin sirrini də bölüşüb.

“Sağlam qidalanmaqn üçün son ildir canımı dişimə tuturam. Bədən quruluşuma gəlincə  qüsurlarını gizlətməyi bacaran hər qadın gözəl görünür. Bədən quruluşum möhtəşəm deyil, ancaq kələk gəlməyi xoşlayıram. Özünə inam ən gözəl libasdır”, - deyə o, bildirib.