Kişi evdə olan bütün əşyaları doqquzuncu mərtəbədən həyətə atdı - VİDEO

08:40 09-04-2021 395

Türkiyənin Osmaniyyə şəhərində orta yaşlı kişi hündürmərtəbəli binanın doqquzuncu mərtəbəsindən öz ev əşyalarını küçəyə tökməyə başlayıb.

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, bunu görən qonşular hadisəni mobil telefona çəkərək ictimailəşdirib.

İnsidentin baş verdiyi əraziyə gələn polis işçiləri kişini saxlayıblar. Baş vermiş hadisənin təfərrüatları araşdırılır.