Sahil Babayev şəhid ailələrinə və müharibə əlillərinə verilən evlərdən danışdı

11:40 09-04-2021 341

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində möhtəşəm Zəfər əldə edən Azərbaycanda şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri də geniş miqyas alıb”.

HerGun.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qurum tərəfindən Bakının Qaradağ rayonunun “Ümid” qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə evlərin təqdim edilməsi zamanı bildirib.

Onun sözlərinə görə, xüsusilə bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır:

“Son üç ildə də təqdim edilən mənzil və fərdi evlərin sayında ciddi artım olub. 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50% çox olmaqla 934 ədəd, 2020-ci ildə əvvəlki ilə nisbətən 70%-ə qədər çox, yəni 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib”.

İlhamə Əbülfət