Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO/VİDEO

18:00 27-04-2021 19

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib.

FHN-dən verilən məlumata görə, tədbirdə Fövqəladə Hallar nazirinin müavini Tapdıq Əmiraslanov iştirak edib.

Qeyd edək ki, vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 15 nəfərin namizədliyi təsdiq edilib. Seçkidə seçici kimi iştirak etmək üçün vətəndaş cəmiyyəti institutlarından qeydə alınmış 41 təmsilçidən 27-si iştirak edib.

Şəffaf şəkildə keçirilmiş seçkinin yekunu olaraq Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət aşağıdakı tərkibi seçilib:

Abbasova Vəfa Zahid qızı - “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədr müavini
 
Abışova Vüsalə Mahir qızı - “Azəri-Press Agentliyi” MMC-nin baş direktoru

Cürənov Ramiz Mikayıl oğlu - “RƏVAN” Gəncliyə Dəstək İctimai Birliyinin sədri

Ədilzadə Ədil Tahir oğlu - “Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyinin sədri

Fərzəliyev Sahib Abduləli oğlu - Potensial Sumqayıt Mütəxəssislər Birliyinin sədri

Hacızadə Fuad Mahmud oğlu - Beynəlxalq Ekoenergetika Akademiyasının vitse-prezidenti vəzifəsini icra edən

Həbibov Fəxrəddin Həsən oğlu - Beynəlxalq Akademiyanın Azərbaycan bölməsinin müxbir üzvü

Həsənli Emin Əliyar oğlu - “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri

İsmayılov Mehman Heydər oğlu - Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri

Kazımov Aqil Qədim oğlu - “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin idarə heyətinin üzvü

Kəngərli İlkin Tələt oğlu - “Çevrə” Davamlı İnkişafa Yardım İctimai Birliyində icraçı direktor vəzifəsini icra edən

Qonaqov Rufiz Rəhim oğlu - “Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi” İctimai Birliyinin sədri

Mirələmli Pərviz Atamalı oğlu - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri

Mərdanov İlham İldırım oğlu - “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri vəzifəsini icra edən

Rəhimli Davud Səid oğlu - Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının prezidenti