Ceyhun Bayramov rusiyalı həmkarı ilə telefonla danışıb

19:40 27-04-2021 412

Aprelin 27-də xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Rusiya XİN-dən verilən məlumata görə, diplomatik orqanların rəhbərləri qarşılıqlı münasibətlərin aktual məsələlərini, o cümlədən qarşıdakı yüksək səviyyəli təmasları müzakirə ediblər.

Həmçinin, telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarına əsasən bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün üç ölkənin baş nazir müavinlərinin həmsədr olduğu Üçtərəfli İşçi Qrupunun fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.