Mətanət Əsədova: “Bizim nəsildə xanımlar çimərliyə getmir”

23:40 27-04-2021 539

“Bizim nəsildə xanımlar çimərliyə getmir”.

Bunu ARB-də yayımlanan “Onun sirri” proqramında çıxış edən müğənni Mətənət Əsədova deyib.

Çimərliyə gedənlərə həsəd apardığını bildirən ifaçının sözlərinə görə, o, hər zaman bundan məhrum olub:

“Bizdə çimərliyə gedən olmayıb. Günəş şuası qəbul etmək sağlamlıq üçün də faydalıdır. Amma mən bundan məhrum olmuşam. Həkimə gedəndə də mənə bildirildi ki, körpə uşaqda olan D vitamini məndə yoxdur. Ailəvi dostum var, bir dəfə zəng edib dedi ki, çimərlik geyimlərini götür dənizə gedək. Dedim, axı mənim çimərlik geyimim yoxdur. Allah haqqı, yoxumdur. Mən indiyədək xaricə də gedib dincəlməmişəm”.