Azyaşlı övladları ilə porno çəkən rusiyalı qadın həbs olunub

03:40 28-04-2021 23

Rusiyanın Nijniy Novqorod şəhərində öz uşaqları ilə porno şəkillər çəkən qadın saxlanılıb.

Rusiya KİV-in yaydığı məlumata görə, 11 yaşlı qızı və 12 yaşlı oğlu ilə açıq-saçıq şəkillər çəkən 33 yaşlı qadın fotoları internet vasitəsilə yayıb.

Qeyd edək ki, qadına qarşı cinayət işinin açıldığı bildirilib. Onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.