ABŞ-da açıq havada maska taxmaq tələbi aradan qaldırılıb

04:00 28-04-2021 386

ABŞ hökuməti ölkə vətəndaşlarına açıq havada maskasız gəzməyə icazə verib.

TASS xəbər verir ki, müvafiq tövsiyyələr xəstəliklərə nəzarət və profilaktika üzrə federal mərkəzlərin saytlarında dərc olunub.

İcazə koronavirus əleyhinə peyvəndin vurulmasından asılı olmayaraq, bütün vətəndaşlara şamil edilib. Vaksinasiyadan keçənlərə isə hətta açıq havadakı toplantılar zamanı da maska taxmamaq izni verilib.

Bununla yanaşı, qapalı məkanlarda qoruyucu maskalardan istifadə hər kəs üçün məcburi tələb olaraq saxlanılıb.