Yeniyetmə valideynlərini və səkkiz yaşlı qardaşını bıçaqla qətlə yetirdi

05:00 28-04-2021 383

Kiyevdə valideynlərini və səkkiz yaşlı qardaşını öldürməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə saxlanılıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

16 yaşlı oğlan ailə münaqişəsi zəminində valideynlərini və qardaşını bıçaqla qətlə yetirib. Meyitlərin üzərində zorakılıq izləri də aşkarlanıb. Yeniyetmə qətldən sonrakı bir neçə günü də həmin evdə keçirib. Sonradan valideynlərinin axtarıldığını görüb və qaçmaq qərarına gəlib. Lakin polis onu saxlamağa müvəffəq olub.

Qəsdən adam öldürmə maddəsi ilə ittiham olunan yeniyetmə ömürlük azadlıqdan məhrum edilə bilər.