Daha bir vəzifəli şəxs COVID-19-un qurbanı oldu

22:00 28-04-2021 329

Təhsil İnstitutunun Metodiki Dəstək Mərkəzinin müdiri Namiq Nağıyev koronavirusdan vəfat edib.

Bu barədə mərhumun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

Məlumata görə, o, bu gün COVID-19-dan dünyasını dəyişib.

Qeyd edək ki, N.Nağıyev ötən ilin sonunda təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifəyə təyin olunmuşdu.

O, bundan əvvəl Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışırdı.