Bakıda 12 yaşlı yeniyetmə yol qəzasında xəsarət aldı

23:20 28-04-2021 360

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı sərnişin, 2009-cu il təvəllüdlü Hacıbabazadə Nəcib Tural oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.