Yaponiya məşhur qravürün karikaturasına görə Çinə etiraz etdi - FOTO

02:20 29-04-2021 451

Yaponiya Xarici İşlər Nazirliyi yapon rəssamı Katsuşika Hokusayın məşhur “Kanaqavada böyük dalğa” qravürünün karikaturasına görə Çinə etiraz edəcək.

TASS-ın məlumatına görə, bu barədə Yaponiyanın Xarici İşlər naziri Tosimitsu Moteqi bəyan edib.

“Biz Çinə qətiyyətli etirazımızı bildirəcəyik”, - deyə o bildirib.

Qeyd edək ki, aprelin 26-da Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Liszyan “Twitter”də iki şəkil yayımlayıb: “Kanaqavada Böyük Dalğa”nın orijinalını və onun dəyişdirilmiş versiyasını.

İkinci şəkildə gəmilərdəki kimyəvi qoruyucu kostyumlu insanların çirklənmiş suyu okeana tökdüyü göstərilir. Liszyan əlavə edib ki, Hokusay sağ olsaydı, Yaponiyanın radioaktiv suyundan da son dərəcə narahat olardı.

Xatırladaq ki, aprelin 13-də Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi “Fukusima-1” AES-də toplanmış çirkab suyun okeana axıdılması qərarı ilə əlaqədar Yaponiyaya etiraz edib.