“Taxt oyunları”nın ulduzu hamiləliyini hər kəsdən gizləyibmiş - FOTO

07:20 29-04-2021 482

“Taxt oyunları” serialında və “Aclıq oyunları” filmindəki rolları ilə tanınan məşhur aktrisa Natali Dormer gizli şəkildə uşaq dünyaya gətirib.

Bu barədə o, “That’s After Life!”podkastında danışıb və vacib hadisənin təfərrüatından bəhs edib.

Məlum olub ki, uşaq 2021-ci ilin yanvar ayında dünyaya gəlib. Natalinin və sevgilisi aktyor Devid Ouksın qızları olub.

Hamiləliyi 2020-ci ilə – lokdaunlar və pandemiyalar dövrünə tuş gəldiyi üçün aktrisa bunu asanlıqla gizlədə bilib.

“Hamilə qalmaq və pandemiya dövründə uşaq dünyaya gətirmək mənim ən yaxşı qərarım idi”, - deyə Natali etiraf edib.

Bundan başqa o, zarafatla deyib ki, qızı 30 il sonra barda dostlarına “kovidin övladı” olmasından danışacaq.