Tramp öz tərəfdarlarının mitinqlərini bərpa etməyə hazırlaşır

07:40 29-04-2021 371

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarları ilə mitinqləri bərpa etməyə hazırlaşır.

Bu barədə CNN məlumat yayıb.

Məlumatda bildirilir ki, eks-prezident “Amerikanı yenidən ən böyük edək!” (Make America Great Again) şüarı altında keçirilən mitinqlərin bərpası barədə müzakirə açıb.

Analoji mitinqlər 2016-cı ildə Trampın seçkiabağı təbliğat kampaniyası zamanı və sonrakı hakimiyyəti illərində geniş vüsət alıb.

Telekanalın məlumatına görə, yeni mitinqlərin keçirilməsi may ayına planlaşdırılıb.

Qeyd edək ki, bir müddət öncə siyasətçi 2024-cü ildəki prezident seçkilərində iştirakını istisna etməyib.