Entoni Hopkins “Oskar”dakı zəfərini Salma Hayeklə qeyd etdi - VİDEO

08:40 29-04-2021 31

Ötən bazar “Oskar” mükafatının təqdimetmə mərasimində qalib olan, ancaq qazanacağını düşünmədiyi üçün mərasimə Entoni Hopkins zəfərini qədim dostu Salma Hayeklə qeyd edib.

Bununla bağlı videonu tanınmış aktrisa özünün “Instagram” hesabında paylaşıb.

Kadrlarda onların bir yerdə rəqs etməsi görünür.

“Kral Entoni Hopkinslə “Ata” filmində ekstraordinar roluna görə özünün ikinci “Oskar”ını almasını qeyd edirik”, - deyə aktrisa yazıb.

Paylaşım az müddətdə üç milyondan artıq baxış toplayıb.