Mikayıl Cabbarov israilli nazirlə müzakirələr aparıb - FOTO

14:40 29-04-2021 609

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Xarici İşlər naziri Qabi Aşkenazi ilə Azərbaycan və İsrail arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasına həmsədrlik edib.

HerGun.Az-ın məlumatına görə, bu barədə Mikayıl Cabbarov sosial media hesabında yazıb.

“İkitərəfli iqtisadi və ticarət əlaqələrimizin inkişafı, turizm, enerji, kibertəhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığımızın genişləndirilməsi istiqamətində məhsuldar müzakirələr apardıq. Ticarət və turizm nümayəndəliklərinin fəaliyyəti də bu məqsədə xidmət edəcək”, - deyə nazir qeyd edib.

 

Nazir Qabi Aşkenazi ilə #Azərbaycan və #İsrail arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasına həmsədrlik...

Mikayil Jabbarov paylaştı: 29 Nisan 2021 Perşembe