Azərbaycanlı gimnast Avropa Çempionatının finalına vəsiqə qazanıb

00:40 30-04-2021 389

Azərbaycanlı gimnast Mixail Malkin batut, ikiqat mini batut və tamblinq üzrə Soçidə keçirilən Avropa çempionatının finalına çıxıb.

Bu barədə Trend məmlumat yayıb.

76.200 xal toplayan Malkin böyüklər arasında seçmə mərhələsdə ən yaxşı nəticəni göstərib və liderliyə yüksəlib.

Batutla tullanma üzrə gənclərin yarışında Azərbaycanı 96.195 bal toplayaraq 13-cü yeri tutan Hüseyn Abbasov, 89.875 balla 30-cu yerdə qərarlaşan Nicat Mirzəyev və 60.070 balla 41-ci pillədə yer alan Maqsud Maqsudov təmsil ediblər.

Qeyd edək ki, batut gimnastikası, ikiqat mini batut və tamblinq üzrə Soçidə keçirilən Avropa çempionatı 29 aprel - 2 may aralığında keçirilir. Tədbirdə dünyanın 23 ölkəsindən idmançılar iştirak edirlər. Çempionatda Azərbaycanı Nicat Mirzoev, Hüseyn Abbasov, Maqsud Maqsudov, Selcan Maqsudova, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə, Tofiq Əliyev, Mixail Malkin təmsil edərlər.