Haitidə dəhşətli qəza: 21 nəfər ölüb, onlarla şəxs ağır xəsarət alıb - FOTO

03:00 30-04-2021 391

Haitinin mərkəzi hissəsində yerləşən Vilyamson şəhərinin yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə EFE agentliyi xəbər verib.

İlkin məlumata görə, iki şəhərlərarası marşrut avtobusunun toqquşması nəticəsində azı 21 nəfər ölüb, 30 sərnişin xəsarət alıb.

Xəsarət alanlar arasında vəziyyəti ağır olanlar var.

Qəzaya səbəb marşrut avtobusunun ötmə manevrini başa çatdıra bilməyərək qarşı tərəfdən gələn digər nəqliyyat vasitəsinə toqquşması nəticəsində baş verib.