12 yaşlı məktəbli xəstə uşaqlara yardım etmək üçün saçlarını uzatdı - FOTO

03:20 30-04-2021 32

Böyük Britaniyada Berti Pilkinqton adlı 12 yaşlı uşaq xəstə uşaqlara yardım fonduna ianə etmək üçün saçlarını uzadıb.

“The Sun”ın məlumatına görə, o, həyatı boyu cəmi bir dəfə saçlarını kəsdirib.

Məktəbli saçlarını xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlar üçün parik hazırlayan “Little Princess Trust” fonduna vermək qərarına gəlib.

“O, dərs ili başlayanda saçlarını kəsdirmək istədi, sonra daha çox pul almaq üçün gözləməyi qərar verib. O, məndən daha cəsarətlidir”, - deyə Bertinin anası bildirib.