Premyer Liqa matçlarında oruc tutan futbolçulara görə fasilə verilə bilər

08:00 30-04-2021 397

İngiltərə Premyer Liqasında müqəddəs Ramazan ayı boyunca müsəlman futbolçuların öz oruclarını açması üçün axşam saatlarında keçirilən oyunlarda fasilələrin verilməsi müzakirə olunur.

Bu barədə “Sky Sport” məlumat yayıb.

Məlumata əsasən, artıq çempionatda “Lester Siti” – “Kristal Pelas” görüşündə ilk belə hadisə qeydə alınıb. Hakim oyunu saxlayaraq, meydan sahiblərindən Uesli Fofana və qonaqlardan Şeyxu Kuyatenin energetik içki qəbul etməsinə icazə verib.