Mərkəzi Bankdan faiz dərəcəsi ilə bağlı QƏRAR

12:40 30-04-2021 21

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6,25 faiz səviyyəsində sabit saxlanılması haqqında qərar qəbul edib.

HerGun.Az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

Faiz dəhlizinin aşağı həddi 5,75 faiz, faiz dəhlizinin yuxarı həddi isə 6,75 faizlik diapazonda müəyyənləşdirilib. 

Nigar Məmmədova