Qalib gəl və “Neftçi”nin qonağı ol

14:00 30-04-2021 452

“Gaming League Azerbaijan” təşkilatçılığı ilə kompüter oyunları üzrə XV Milli Çempionat çərçivəsində FIFA21 turnirinə qeydiyyata start verilib.

Böyük maraqla qarşılanan FIFA21 yarışında bu dəfə rekord sayda iştirakçının mübarizə aparacağı gözlənilir. Hazırkı məlumata əsasən 100-dən artıq işirakçı qeydiyyat üçün müraciət edib.

Yarışın qalibi unudulmaz fürsət əldə edəcək. FIFA21 turnirinin ən yaxşısı Bakının tarixi “Neftçi” futbol klubunun bazasında qonaq olacaq. Qalib iştirakçı komandanın məşqində iştirak edəcək və futbolçuların hazırlığını canlı izləməklə unudulmaz bir günü “Neftçi” ailəsi ilə birgə keçirəcək. 
Xatırladaq ki, XV Milli Çempionat çərçivəsində FIFA21 turniri “Gaming League Azerbaijan” (GLA) Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi ilə təşkil olunacaq.

 Yarışı canlı izləmək üçün:

“Twitch”: glahub

“Instagram” ünvanı: Glahub