Hava pisləşəcək - XƏBƏRDARLIQ

15:40 30-04-2021 22

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə Bakıda mayın 1-i gündüz, Abşeron yarımadasında isə mayın 2-i arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.  

Azərbaycanın rayonlarında mayın 3-ü gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.