Yeni tikilən ev söküldü: Vətəndaş deyir sənədim var, icra nümayəndəsi deyir icazə verilməyib - VİDEO

19:40 30-04-2021 24

Paytaxın Yasamal rayonu, Vasif Əliyev 255 ünvanında yaşayan Səadət Ağamalıyevaya məxsus ev sökülüb. 

Ev sahibinin sözlərinə görə, evi sökənlər Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşlarıdır. 

Səadət Ağamalıyevanın oğlu Bayram Ağamalıyev bildirib ki, bir müddət əvvəl tikinti ilə bağlı rəsmi qurumları xəbərdar edib. Lakin onlara tikintinin qanunsuz olduğu deyilib. Ev sahibi isə bütün sənədlərinin qaydasında olduğunu bildirib.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov bildirdi ki, tikiliyə icazə verilməyib və bu haqda xəbərdarlıq həmin ünvana göndərilib. 

Daha ətraflı Baku TV-nin süjetində: