Əfqanıstanda partlayış: 30 ölü, 60 yaralı

22:20 30-04-2021 21

Əfqanıstanın Loqar vilayətində baş vermiş partlayış nəticəsində ən az 30 nəfər ölüb, 60 nəfər isə yaralanıb.

Bu barədə 1TV kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, avtomobildə quraşdırılmış partlayıcı şəhər xəstəxanası yaxınlığında işə salınıb. Partlayış nəticəsində ətrafdakı binalarda ciddi dağıntılar əmələ gəlib. Hazırda dağıntılar altında qalan insanların axtarışı gedir.

Qeyd olunur ki, terror aktı xarici qoşunların ölkəni tərk etməsi prosesinin başlanmasından dərhal sonra baş verib.