Niderlandlı cütlük Avropanın ilk çap edilmiş evinə köçüb

06:40 01-05-2021 17

Niderlandlı cütlük daimi yaşayış məqsədilə Avropada tam olaraq 3D printer vasitəsilə çap edilmiş ilk evə köçüblər.

Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Məlumata əsasən, iki yataq otağı olan evin rəqəmsal açarları Amsterdamda yaşayan 70 yaşlı Eliza Luts və onun həyat yoldaşı 67 yaşlı Harri Dekkersə təqdim olunub. Açarlar mobil telefona yüklənmiş xüsusi tətbiq vasitəsilə işə salınır.

Evin çap olunmasına cəmi 120 saat vaxt sərf olunub. 94 kvadrat metrlik ev 24 beton elementdən ibarətdir.