“Lester”in futbolçusu oyun zamanı energetik içki və bananla iftar açıb – FOTO

07:40 01-05-2021 421

İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində keçirilən və 1:1 hesabı ilə başa çatan “Lester” – “Sauthempton” oyununda müsəlman futbolçuya görə fasilə yaranıb.

Sports.ru xəbər verir ki, qarşılaşmanın ilk hissəsinin ortalarında matçın baş hakimi oyunu saxlayaraq, ev sahibi komandanın futbolçusu Uesli Fofanın iftar açmasına şərait yaradıb.

Meydandan kənara çıxan oyunçu energetik içki və bananla iftarını açaraq dərhal oyuna qayıdıb.