Futbolçularımız Azad Rəhimovu yad edəcək

10:00 01-05-2021 403

Futbol üzrə Azərbaycan çempionatının oyunları 1 dəqiqəlik sükutla başlayacaq.

Bununla bağlı Peşəkar Futbol Liqası məlumat yayıb. 

Bildirilib ki, Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar olaraq, Peşəkar Futbol Liqası Premyer Liqa və I Divizion yarışlarının müvafiq olaraq 25 və 24-cü turlarının 1 dəqiqəlik sükutla başlanmasını qərara alıb.