Türkiyə polisi çimərliklərdə dincələn turistlərin pasportlarını yoxlayıb - VİDEO

06:40 02-05-2021 20

Türkiyə polisi Antalya şəhərinin məşhur Konyaaltı çimərliyində reyd keçirib, istirahət edən xarici turistlərin pasportları yoxlanılıb.

Bu barədə “Demirören Haber Ajansı” (DHA) xəbər verib.

Hüquq-mühafizə orqanları həmçinin turistlərə Türkiyə ərazisində tətbiq edilən koronavirus məhdudiyyətləri barədə məlumatlar verib.

Xatırladaq ki, Türkiyədə koronavirus məhdudiyyətləri xarici turistlərə şamil edilmir.