Bakıda 56 yaşlı qadın naməlum şəxs tərəfindən bıçaqlandı

09:00 02-05-2021 565

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Məmmədova Mayisə Məmməd qızı naməlum şəraitdə bıçaqlanıb. Yaralı təcili tibbi yardım tərəfindən xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarın boşluğunda bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.