Kamala Harris ABŞ-ın Milli Kosmik Şurasına rəhbərlik edəcək - FOTO

10:20 02-05-2021 486

ABŞ vitse-prezidenti Kamala Harris ölkənin Milli Kosmik Şurasına rəhbərlik edəcək.

Vitse-prezident bu barədə “Twitter” hesabında yazıb.

O, Milli Kosmik Şuraya rəhbərlik etməkdən şərəf duyduğunu vurğulayıb.

NASA Kosmik Agentliyinin yeni rəhbəri Bill Nelson Harrisin təyinatını alqışlayıb.

Nelson Harrisi ABŞ-ın kosmosda liderliyini davam etdirməsi üçün ölkənin səylərini koordinasiya edəcək ideal şəxs adlandırıb.