“KamAZ” yol kənarına aşdı, xəsarət alanlar var

14:40 02-05-2021 18

Sabirabadda “KamAZ” markalı yük avtomobili aşıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Sabirabad rayonunun Şəhriyar kəndində baş verib. 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan iki nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.