Şəhriyar Məmmədyarov Levon Aronyana qalib gəldi

23:20 02-05-2021 22

Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində həlledici görüşlər yekunlaşıb. 

Beləliklə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirin üçüncüsü olub.

Şəhriyar üçüncü yer uğrunda matçda ermənistanlı rəqibi Levon Aronyana qalib gəlib. İlk görüşdə heç-heçə (2:2) qeydə alınsa da, cavab qarşılaşmasında qrossmeysterimiz 2,5:0,5 (1:0, 0,5:0,5, 1:0) hesabı ilə qələbə qazanıb. 

Bu mərhələnin qalibi Hikaru Nakamura (ABŞ) – Maqnus Karlsen (Norveç) duelində bəlli olacaq. İlk görüşdə Nakamura 1:3 hesabı ilə məğlub olub.