Dubayda avtomobil nömrəsi 10 milyon dollara satılıb – VİDEO

06:20 03-05-2021 14

Dubayda АА9 qeydiyyat nişanlı avtomobil nömrəsi 38 milyon dirhəmə (10 milyon dollara) satılıb.

Bu barədə “Gulf News” nəşri məlumat yayıb.

Məlumata əsasən, avtomobil nömrəsi xeyriyyyə məqsədilə keçirilən onlayn-hərrac vasitəsilə alıcı tapıb.

Qeyd olunub ki, bu, indiyədək avtomobil nömrəsi üçün ödənilən rekord məbləğdir. Vəsait Ramazan ayı boyunca kasıb və yoxsullara iftar yeməyinin paylanmasına xərclənəcək.