Fəxrəddin Qoca: “Uğurlu nəticələr əldə olunsa, sentyabr ayında yerli vaksinin istehsalına başlanacaq”

22:20 03-05-2021 18

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Ədirnə şəhərində keçirilən regional qiymətləndirmə toplantısında maraqlı açıqlamalar verib.

“Anadolu” Agentliyinin məlumatına əsasən, nazir bildirib ki, Türkiyə bütövlükdə  240 milyon doza peyvəndın alınması məqdsədilə müxtəlif ölkələrlə müqavilələr bağlayıb ki, bunun da 100 milyon dozası Çin istehsalı olan “Sinovak” vaksinidir.

Onun sözlərinə görə, hazırda Türkiyənin Erciyes Universitetində istehsal olunan yerli peyvənd könüllülər üzərində sınaqdan keçirilir. Vaksinin kütləvi tətbiqi isə sentyabr ayına planlaşdırılıb.  

“Hazırda könüllülər üzərində aparılan təcrübənin nəticələri nəzərədən keçirilir. Əgər planlaşdırdığımız şəkildə uğurlu nəticələr əldə olunsa, sentyabr ayında yerli vaksinin istehsalına başlanacaq”, -deyə F.Qoca qeyd edib.

Nazir ölkədə tətbiq olunan digər vaksinlərdən də danışıb. O, bildirib ki, növbəti 6 ay ərzində 50 milyon dozalıq “Sputnik-V” peyvəndinin, iyun ayının sonunadək isə 30 milyon dozalıq “Biontek” vaksininin Türkiyəyə gətirilməsi planlaşdırılıb.