Altıncı mərtəbədən maşının oturacağına düşdü - FOTO

05:20 04-05-2021 17

Türkiyənin İstanbul şəhərində 6-cı mərtəbədən düşən uşaq möcüzə nəticəsində sağ qalıb.

Sondakika.com məlumat verir ki, Sultanqazi rayonunda iki yaşlı Səlim Qaragöz eyvandan yığılıb.

O, park vəziyyətində olan avtomobilin qabaq pəncərəsindən oturacağa düşüb.

Xəstəxanaya aparılan uşaq reanimasiyaya yerləşdirilib. Sonradan palataya köçürülən Qaragözün vəziyyətinin yaxşı olduğu bildirilir.