Həkimdən xəbərdarlıq: “Hindistan ştammında peyvəndlərin qoruyuculuğu zəifləyir” - VİDEO

12:40 04-05-2021 387

“Koronavirusa qarşı peyvəndlərin qoruyuculuğunda Hindistan ştammına qarşı zəifləmə müşahidə olunur. Lakin bu o demək deyil ki, peyvəndlər effektiv deyil”.

Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Emil Qasımov deyib. 

“Hindistan ştammının öldürücülüyü barədə hələlik elmi məlumat yoxdur. Sadəcə onun daha yoluxucu olduğu deyilir. Bu ştamm hələ də araşdırılır. Onun 4-cü dalğa yaradıb-yaratmayacağını isə zaman göstərəcək. Əgər bu ştamm yayılarsa, yoluxmada ciddi say artımı müşahidə edilə bilər. Çünki Hindistan ştammında bütün ştamlara qarşı əlimizdə olan peyvəndlərin qoruculuğu zəifləyir”, - deyə o bildirib.

Həmçinin E.Qasımov qeyd edib ki, ötən gündən ölkəmizdə tətbiq edilən “AstraZeneca”nın virusun ştammlarına qarşı qoruyuculuğu digər peyvəndlərlə müqayisədə kifayət qədərdir.