İrlandiya yığmasının məşhur futbolçusu xərçəngdən öldü

00:00 05-05-2021 17

Futbol üzrə İrlandiya millisinin keçmiş üzvü Alan Maklaflin 54 yaşında vəfat edib.

“The Sun” nəşrinin məlumatına görə, futbolçu xərçəng xəstəliyi nəticəsində dünyasını dəyişib.

O, uzun müddət xəstəliklə mübarizə aparıb.

Maklaflin 2003-cü ildə peşəkar futbolçu karyerasını başa çatdırıb. Bundan sonra o, İngiltərənin “Portsmut” klubunun məşqçi heyətində çalışıb.

Mərhum İrlandiya futbolunun ulduzu hesab olunurdu. Bir müddət “Southempton”da çıxış edən oyunçu klub karyerası ərzində 515 qarşılaşma keçirib və 80 qol vurub.

Yarımmüdafiəçi millinin heyətində 42 matça çıxıb və iki dəfə fərqlənib. 1994-cü il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçirilən oyunda Maklaflinin vurduğu qol komandasının final mərhələsinə çıxmasına yardımçı olub.