Bill Qeytsin qızı valideynlərinin boşanmasını şərh etdi

05:00 05-05-2021 15

“Microsoft” şirkətinin təsisçisi və milyarder Bill Qeytsin qızı Cennifer valideynlərinin boşanma xəbərini şərh edib.

Bu barədə o, özünün “Instagram” səhifəsində yazıb.

Gənc xanım bildirib ki, bu, bütün ailə üçün çox çətin bir mərhələdir.

“Mən hələ ki, öz hisslərimdən baş açmağa və ailə üzvlərimə dəstək olmağa çalışıram”, - deyə Cennifer qeyd edib. O, abunəçilərinə diqqətli və anlayışlı davrandıqlarına görə də təşəkkür edib.

Xatırladaq ki, dünən dünyanın ən varlı şəxslərindən biri olan Bill Qeyts və həyat yoldaşı Melinda Qeyts 27 illik ailə həyatından sonra ayrılmağa qərar verdiklərini açıqlayıblar.