Türkiyədə koronavirusun mutasiyalarını müəyyənləşdirən test yaradılıb

06:00 05-05-2021 360

Türkiyədə koronavirusun mutasiyalarını müəyyən edən test hazırlanıb.

“Milliyet” məlumat verir ki, bu barədə İzmir Universitindən doktor Osman Doluca bildirib.

Onun sözlərinə görə, yeni hazırlanan test koronavirusun “Britaniya, “Cənubi Afrika” və “Braziliya” ştammlarını müəyyənləşdirə bilir.

Ar-Ge layihəsinin “Genz Biotek” firması ilə 5 ay əvvəl başladığı qeyd edilir.

Təxminən üç saat sonra testin nəticəsi məlum olur.