Bu gecə üçüncü Qədr gecəsidir - FOTO

11:00 05-05-2021 18

Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir.

Ramazanın 22-ci günü üçüncü Qədr gecəsinə, yəni mayın 5-dən 6-na keşən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi “Quran”ın nazil olduğu gecədir. “Quran” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. 

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb.