Bərdədəki kütləvi dava zamanı adam öldürülməsi faktı Bakı Ağır Cinayətlər məhkəməsində

11:40 05-05-2021 7

2020-ci il avqustun 12-də Bərdə rayonu ərazisində baş vermiş silahlı insident zamanı rayon sakini Camalov Mansur Kamil oğlu öldürülməsi ilə bağlı cinayət işi yekunlaşdırılıb və cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər və digər məhkəmələrə göndərilib.

Baş prokurorluqdan verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilib ki, 2020-ci il avqustun 11-də saat 23:00 radələrində müxtəlif növ odlu və soyuq silahlı bir qrup şəxs - Rəşad Zamanov, Cavidan Məmmədov, Şirxan İmanov və Xəyyam Musazadə ictimai qaydanı kobud şəkildə pozaraq aralarında daha əvvəl baş verən mübahisəni aydınlaşdırmaq məqsədilə Bərdə rayonunun Şorəlli kəndi ərazisində Rauf Bağırov, Mansur Camalov, Ziyad Tahirzadə, İbrahim Abbasov, Adıgözəl Abbasov, Nicat Əzizov, Qoşqar Babayev və Ruslan Süleymanovla görüşən zaman silahlı münaqişə baş verib və nəticədə Mansur Camalov qəsdən öldürülüb, Rauf Bağırov, Nicat Əzizov və Adıgözəl Abbasovun isə qəsdən öldürülməsinə cəhd edilib.

Rəşad Zamanova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və digər maddələri ilə, Cavidan Məmmədova-  29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi adam öldürməyə cəhd) və digər maddələri ilə, hadisənin iştirakçıları olan digər doqquz təqsirləndirilən şəxsə isə törətdikləri cinayət əməllərinə uyğun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, hər biri barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.