Bakıda parkda yaşayan ailə sığınacağa yerləşdirildi

16:20 04-06-2021 21

Bir müddət əvvəl Bakıda parkda qalmalarıyla gündəmə gələn ailə sığınacağa yerləşdirilib. 

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edib.

K.Ağazadə paylaşımda bildirir: 

“Neçə gün idi ki, sosial şəbəkələrdə bir ailənin parkda yaşaması ilə bağlı paylaşımlar edilmişdi. Sosial Xidmətlər Agentliyi tərəfindən yönləndirilən ana və 3 uşağını qəbul etdik. Ən böyüyü 8 yaş, ən kiçiyi 1 aylıq.

Valideynlərin cahilliyinin əziyyətini uşaqlar çəkər”.