Şəhid Fərid Seyfullayevin ikinci qız övladı dünyaya gəlib - FOTO

17:20 04-06-2021 306

Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan Fərid Seyfullayevin ikinci övladı dünyaya gəlib. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açan körpə bu gün evə buraxılıb. 

Fərid Seyfullayevin yeni doğulan körpəsini Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından evə ailə üzvləri, rayon icra hakimiyyətinin əməkdaşları, “YAŞAT” Fondunun nümayəndələri, şəhidin hərbçi yoldaşları və gənc könüllülər əsl bayram abu havası ilə yola salıblar.

Bildirək ki, bu, şəhidin ikinci qız övladıdır. F.Seyfullayevin birinci qız övladının bir yaşı var. 

Qeyd edək ki, şəhid Fərid Seyfullayev Xaçmaz rayonunun Hacıqurbanoba kəndində doğulub. Seyfullayev 44 günlük Vətən müharibəsində igidlik göstərərək şəhidlik zirvəsinə ucalıb.