Əfqanıstanda 11 dinc sakin terror hücumunun qurbanı oldu

23:40 05-06-2021 22

Əfqanıstanın şimal-qərbində yerləşən Badqis əyalətində baş verən güclü partlayış nəticəsində 11 dinc sakin vəfat edib.

Bu barədə yerli “Tolo News” agentliyi məlumat yayıb.

İlkin məlumata görə, mülki şəxslər yolun kənarında quraşdırılmış bombanın partlaması nəticəsində həlak olublar.

Ölənlər arasında qadınların və azyaşlıların olduğu bildirilir.