Rusiyada yük maşını aşdı: 21 nəfər xəsarət alıb - FOTO

02:40 06-06-2021 368

Rusiyanın Tuva Respublikasında yük avtomobilinin yoldan çıxaraq aşması nəticəsində 21 nəfər xəsarət alıb.

REN TV xəbər verir ki, bu barədə respublikanın hüquq mühafizə orqanları məlumat yayıb.

Son məlumata əsasən, xəsarət alanlardan yeddisinin vəziyyəti ağırdır.

Xəsarət alanlar arasında beş nəfər azyaşlının olduğu bildirilir.

Hadisə ilə əlaqədar araşdırma aparılır.