Şri-Lankada güclü yağışlar azı dörd nəfərin həyatına son qoyub - FOTO

03:00 06-06-2021 362

Şri-Lankada leysan yağışlar səbəbindən daşqın və torpaq sürüşməsi baş verib.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, təbii fəlakət nəticəsində azı dörd nəfər həyatını itirib, beş mindən çox insan təhlükəli ərazidən təxliyə edilib.

Daşqın nəticəsində bir çox ev və əkin sahələri su altında qalıb, yaşayış məntəqələri arasında olan avtomobil yollar bağlanıb.

Şri-Lanka rəhbərliyi zərər çəkən rayonlara humanitar yardım, o cümlədən qida məhsulları, tibbi ləvazimat və içməli su göndərilməsi barədə göstəriş verib.