Gənc futbolçunun meneceri: Cengiz Ündər Türkiyə klublarında oynamaq istəmir

06:00 06-06-2021 23

Müqavilə ilə İtaliyanın “Roma” klubuna məxsus olan, son mövsümü isə icarə əsasında İngiltərənin “Lester Siti” klubunda keçirən türkiyəli futbolçu Cengiz Ündərin meneceri Mirsad Türkcan yeni açıqlama ilə çıxış edib.

DHA xəbər verir ki, 23 yaşlı futbolçunun meneceri C.Ünderin hazırda Türkiyə klublarına transferinin mümkün olmadığını söyləyib.

M. Türkcan bildirib ki, gənc hücumçu karyerasını Avropanın güclü liqalarında davam etdirməkdə israrlıdır.

Futbolçunun meneceri hazırda C.Ündərin bütün fikrinin AVRO-2020-də Türkiyəni uğurla təmsil etməyə yönəldiyi vurğulayıb.